Bakıda təmir sexi avtomobillə birlikdə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebel sexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi beş kvadratmetr olan gözətçi köşkünün və sexin ərazisində təmirə dayanmış VAZ-2107 markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.
Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Naxçıvanda 10 milyonluq taxıl qalmaqalı: Fuad Nəcəflinin həbsinə hazırlıq gedir
"Naxçıvan Taxıl Məhsulları" MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub. BAKU.WS xəbər verir ki, həbsin təfərrüatı Teleqraf-a məlum olub. Bildirilir...