Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın görüntüləri yayıldı - VİDEO
15
may
2019
16:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda tələbələr arasında baş vermiş ölümlə nəticələnən davanın videosu yayılıb.Dünən Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir şəxs saxlanılıb. Həmin şəxsin ölən şəxslə dalaşdığı, ancaq döyülməsinə baxmayaraq mərhuma faktiki bir xəsarət yetirmədiyi görünür. Q.Əsgərov yıxılarkən də ona ilk köməyə qaçan o olduğu kadrlardan aydın seçilir. Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Bakıda tələbələr arasında dava düşdü - ÖLƏN VAR
Bakıda tələbələr arasında dava ölümlə nəticələnib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.Bakı İdarəe...