Bakıda tələbə universitetdə yıxıldı - Xəstəxanalıq oldu
15.12.2025-ci il tarixində saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Azərbaycan Universitetindən 18 yaşlı şəxsin yıxılması səbəbilə çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib və döş qəfəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və ambulor müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilib.
Banu Hüseynli
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...