Bakıda təhlükəli vəziyyət: Məktəblilər risk altındadır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sakinlər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində bina tikilməsindən narazıdırlar.
BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, sakinlər bildiriblər ki, Mənzil-Tikinti Kooperativlərindən (MTK) biri ərazidə yamacı yarıb, ancaq torpağın sürüşməsinin qarşısını almaq üçün gücləndirmə işləri aparmayıb. Daha sonra orada bina tikilib.
Bunun nəticəsi olaraq əvvəllər sakinlərin, xüsusilə məktəblilərin istifadə etdiyi pilləkənli piyada yolu dağılıb yararsız, qəzalı və təhlükəli hala düşüb.
Sakinlər iddia edirlər ki, güclü yağış yağarsa, torpaq sürüşməsi olacaq və ərazidəki məktəb tamamilə uçacaq.
Qalereya
Oxşar xəbərlər
Xətai RİH sökülən binanın sakinlərinin etirazına münasibət bildirib
“Xətai rayonunda Şıxslinki 42 ünvanında kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsü ilə əlaqədar həmin binanın sakinlərinin bir qismi narazılıq edib”. BAKU....