Bakıda təcili tibbi yardım briqadasının əməkdaşlarını bıçaqlamaq istəyiblər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hucum edilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib.
Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Təcili tibbi yardımın sürücüsü hadisə ilə bağlı DİN-nin 102 Zəng Mərkəzinə məlumat verib.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...