Bakıda tanışını bıçaqlamaq istəyən şəxs özü bıçaq xəsarəti alıb
30
dek
2021
23:38
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda tanıdığı şəxsi bıçaqlamaq istəyən şəxs özü bıçaq xəsarəti alıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Məmmədov Abbas İsgəndər oğlu tanışı ilə mübahisə zəminində onu bıçaqlamaq istəyərkən özü bıçaq xəsarəti alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub.
Onu da qeyd edək ki, A. Məmmədov polis tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı
İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllü...