Bakıda tanınmış futbolçunun bacısı özünü 18-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsindəki yaşayış binasında baş verib.
Həmin binada kirayə yaşayan Sevinc İlham qızı Qırtımova özünü 18-ci mərtəbədən atıb.
Bu barədə Yasamal rayon Polis İdarəsinə məlumat daxil olub.
Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, intihar edən Sevinc Qırtımova Azərbaycanın tanınmış futbolçusu İlkin Qırtımovun bacısıdır. O, hazırda "Keşlə" Klubunun şərəfini qoruyur.
Oxşar xəbərlər
Özünü 18-ci mərtəbədən atan Sevincin ailəsi barədə maraqlı məqamlar- Atası direktordur
Xəbər verdiyimiz kimi Bakıda intihar edən Sevinc İlham qızı Qırtımova tanınmış futbolçu İlkin Qırtımovun bacısıdır. BAKU.WS xəbər verir ki, İlkin İlham oğlu Qır...