Bakıda tanınmış hüquq müdafiəçisi itkin düşüb: Axtarış elan olundu

Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Taisiya Qordeyevanın itkin düşməsi ilə əlaqədar axtarış elan edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən qadının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, Taisiya Mixaylovna Qordeyevanın (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən "Omid" mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar ailə üzvləri paylaşım ediblər. Onun demensiyadan əziyyət çəkdiyi bildirilir. Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.
Oxşar xəbərlər
Masallıda dəhşət: 12 yaşlı qonşu oğlanı kömək adı ilə evinə çağırdı, təcavüz etdi
Masallı rayonunda 21 yaşlı şəxs 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən...
