Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “qoçuluq” edərək təhqir və təhdid yağdıran “AA” seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb.
BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı “Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.
Videonu qeydə alan sürücü ona imkan verməyərək öz zolağı üzrə hərəkət etməyə başlayıb.
Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə “lotusan sən?”, “səninlə görüşəcəyəm” deyərək ardınca nalayiq ifadələr işlətməyə başlayıb.
Bu azmış kimi daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.
Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil “İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...