Bakıda sürücü orta məktəbin yaxınlığında təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda, Qala yolu adlanan ərazidə sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.
Videoda, digər avtomobillərin piyada keçidində dayandığı bir vaxtda, nəqliyyat vasitəsinin iki maşının arasından yüksək sürətlə piyada keçidinə və işıqfora məhəl qoymadan keçdiyi görünür. Nəticədə maşınlardan birinin yan güzgüsü sınıb.
Hadisə anı başqa bir maşının kameralarına əks olunub.
Hadisə şahidinin sözlərinə görə, həmin yol orta məktəbin yaxınlığından keçir. Bu da baş verə biləcək potensial bədbəxt hadisənin miqyasını daha da böyüdür.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...