Bakıda stilisti qətlə yetirən şəxs hakim qarşısında
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda stilisti qətlə yetirməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 26-na təyin edilib.
İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.
1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilərək qətl edilib.
İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Bakıda kamera qarşısında keçmiş məhbusu belə öldürdü - ANBAAN VİDEO
Baxış keçirilməsi protokoluna əsasən, cinayət 2019-cu il oktyabrın 24-ü saat 23:13-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında baş verib. Hadisə yerind...