Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb
Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonunda içərisində 1 270 manat, 940 dollar, 7 300 rubl və şəxsiyyət vəsiqəsi olan pul kisəsini oğurlayan 64 yaşlı M.Nəcəfov müəyyən olunaraq Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər sayəsində saxlanılıb.
Analoji hadisə Nərimanov rayonu ərazisində də baş verib. Rayon sakininin 1000 manat dəyərində kosmetik vasitələrini və sənədlərini oğurlamaqda şübhəli bilinən yeniyetmə müyyən edilərək saxlanılıb.
Bundan başqa mağazaların birindən 750 manatlıq tütün məmulatı, 2 min manat dəyərində inşaat materialları oğurlayan 18 yaşlı F.Kərimov və əvvəllər məhkum olunmuş 34 yaşlı B.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Oxşar xəbərlər
Beyləqanda ata 31 min manat aliment borcuna görə həbs olundu
Beyləqanda övladlarına aliment verməyən kişi həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini Seymur Quliyev 2003-cü ildə ailə qurub. Cütlüy...