Bakıda silahlı şəxs saxlanılıb- FOTO
28
okt
2019
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Nəsimi rayon sakini Samir Məmmədov Ziya Bünyadov prospektində tutulub. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və silahın sandıqçasından 8 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.Qeyd edilən faktla S.Məmmədov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Qalereya
Oxşar xəbərlər
“Tapança Adil”ə hökm oxundu
Xətai Rayon Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilən Adil Kəngərlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS “oxu.az”a ist...