Bakıda kriminal avtoritetin məhkəməsi başlayır

Bakıda kriminal avtoritetin məhkəməsi başlayır
Hadisə 1110
Qanunsuz olaraq odlu silah saxlama və satmaqda təqsirləndirilən Akif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılacaq.Qeyd edək ki, uzun müddət axtarışda olan A. Rüstəmov ötən ilin fevralında Moskvada həbs olunub. O, Rusiyada mütəşəkkil cinayətkar dəstənin lideri kimi tanınır. A. Rüstəmova qarşı Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb.Xatırladaq ki, A.Rüstəmov kriminal avtoritet kimi tanınıb.

Oxşar xəbərlər

Son xəbərlər