Bakıda silahlı insidentlə bağlı YENİ MƏLUMATLAR - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:
"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".
Oxşar xəbərlər
Bakıda silahlı insidenti törədən şəxs saxlanıldı - YENİLƏNİB -1/VİDEO
Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fəqan Rəhi...