Bakıda silahlı insidenti törədən şəxs saxlanıldı - YENİLƏNİB -1/VİDEO
Bakının Səməd Vurğun küçəsində silahlı atışmada yaralanan şəxslərdən biri tələbədir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Məlumatı ATU-nun mətbuat xidmətindən təsdiq ediblər.
*** 15:32
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
***14:49
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədirlər.
Bu barədə BAKU.WS-ə prokurorluğun mətbuat xidmətindən bildirilib:
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
***
Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Valideynləri qızlarını öldürən hakimin bağışlanmasını istəyiblər
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə p...