Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər ki, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Elməddin Seyidov “Amburan İK” MMC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
Oxşar xəbərlər
Bakıda filmə bənzər qəza - FOTO
Ötən ilin dekabrında Bakının Babək prospektində yol qəzası törədən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Araz Ağalarov hadisədən sonra ona açılmış cinayə...