Bakıda şirkətdən 20 min manatlıq oğurluq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda şirkət qarət olunub.
Daxili işlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20.000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
MTN mafiyasının müsadirə olunan milyonluq əmlakları - SİYAHI
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən generalları və onların əməkdaşlarının dəyəri milyonlarla ölçülən əmlaklarınınn üzərinə həbs qoyulub....