Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda şadlıq sarayında oğurluq hadisəsi baş verib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 10 000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A.Abbasov saxlanılıblar.
Davam etdirilən tədbirlərlə A.Abbasovun yaşadığı evə baxış zamanı oradan 3 qram heroin və 9 qram metamfetamin aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Polis narkotiklə tutulan qadınla bağlı daha bir məlumat yaydı - VİDEO
Polis əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı 10 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazi...