Bakıda sərxoş müştəri kafedə ofisiant qadının burnunu sındırıb
31
yan
2023
07:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda 42 yaşlı qadının xəsarət alması ilə nəticələnən döyülmə hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayon ərazisində yerləşən kafelərin birində sərxoş müştəri ilə ofisiant arasında düşən mübahisə dava ilə nəticələnib.
Xəsarət alan 1981-ci il təvəllüdlü Əhmədova Sədaqət təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.
S. Əhmədovanın dediyinə görə, müştəri ona başı ilə zərbə vurub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Gənc oğlan bibisi qızını kafedə tapdı: "Pivə süzürdü..." - Şok təfərrüat
Bakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Elmir kafedə xadimə işləyən bibisi qızı Səbinənin (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. BAKU.WS Teleq...