Bakıda saxta spirtli içkilər satan şəxslər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda saxta spirtli içkilər satan şəxslər yaxalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə avqustun 20-də Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində işçinin Bakı şəhər sakini A. Əhmədovu aldadaraq 550 manat dəyərində kustar üsulla hazırlanmış keyfiyyətsiz spirtli içkilər satması barədə müraciət daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R. Zairov, Sumqayıt şəhər sakinləri Ş. Hüseynov, V. Ağababayev, Z. Fərəcov və Gəncə şəhər sakini Z. Əsədov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Bakıda şirkət direktoru və işçilərinə ağır cəza - 493 il
Bakı Ağır Cinayətlər Məhkəməsində "Qala BTX" MMC adlı özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov və daha 37 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam...