Bakıda sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimələnib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda yeyinti məhsullarının istehsalı zamanı sanitariya-gigiyena qaydalarını pozan şəxslər cərimə ediliblər.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbələrinin pozulması faktları aşkar olunub.
Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati məsuliyyət tədbirləri görülüb.
Qalereya
Oxşar xəbərlər
23 universitet və 38 məktəbin qida bloklarında nöqsanlar aşkar edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fəaliyyət göstərən ali təhsil və ümumtəhsil müəssisələrində yoxlamalar həyata keçirir....