Bakıda salonda qadını lazer edərkən yandırdılar - İDDİA
15
okt
2025
09:47
Sosial şəbəkələrdə "Beauty Time" adlı gözəllik salonunda lazer epilyasiyası zamanı vətəndaşın dodaq hissəsindən yanıq xəsarəti alması barədə məlumat yayılıb.
Baku TV məsələ ilə bağlı həmin xanımla əlaqə saxlayıb.
"Dodağım sulandı, qızardı, pis vəziyyətə düşdü. Şikayətimi bildirəndə, mənə cavab verilmədi. Salona gedəndə, üstümə şər də atıldı ki, guya dodaq boyasını silməli olduğum deyilib, amma qəbul etməmişəm" - deyə zərərçəkən açıqlamasında bildirib.
Bundan əlavə, şikayətçi qeyd edib ki, eyni salonda lazer prosedurundan zərər çəkən başqaları da var.
Ətraflı videoda:
Oxşar xəbərlər
Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU
Füzulidə avtomobili işlək vəziyyətdə qoyaraq yatan Bayram Hətəmov və onun qardaşı oğlu Vüsal Hətəmli maşının qızdırıcısında yaranan karbon monoksid qazından (də...