Bakıda şadlıq sarayında başlayan yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Nizami rayonu, Məhsəti küçəsində şadlıq sarayında yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
"Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".
*** 12:57
Nizami rayonunda yerləşən "Bahar" şadlıq sarayında yanğın başlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Məlumata görə, şadlıq sarayı hazırda fəaliyyətdə deyil, obyektin yenidən fəaliyyətə başlaması üçün hazırlıq işləri gedirmiş.
Hadisə ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...