Bakıda sabiq prokuroru avtomobil vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.
Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb.
O, 2020-ci ildə təqaüdə göndərilib.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...