Bakıda rinoplastika etdirən gənc əməliyyat zamanı ölüb
14
avq
2019
15:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən bildiriblər ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən “Uniklinika”da baş verib.Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər. Xatırladaq ki, 2018-ci ilin martında “StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.
Oxşar xəbərlər
Bakıda kirayə yaşayan tələbə qız yoxa çıxıb
Bakıda tələbə qız itkin düşüb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınəb.Xaçmaz rayon sakini, Yasamal rayonu, 2-c...