Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı qadın vəfat edib.
BAKU.WS News24.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan qadın ötən gün həyatını itirib.
Qeyd edək ki, Nigar Budaqlının əməliyyatdan sonra iflic vəziyyətinə düşməsi ilə bağlı daha əvvəl də məlumat yayılıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi "MedAura" Klinikasında rinoplastika əməliyyatından sonra Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.
Lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkimin tibbi fəaliyyətlə məşğul olmaq hüququ 2 il müddətinə əllərindən alınıb.
Qalereya
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....