Bakıda restoranın yaxınlığında FACİƏ - Ölən gənclərin kimliyi bilindi
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində 4 gənc cərəyan vurması nəticəsində vəfat edib.
"Baku.TV"nin əməkdaşı hadisə yerinə yollanıb.
O baş vermiş faciəvi hadisə ilə bağlı son məlumatları çatdırıb.
Ətraflı videoda:
*** 14:30
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində cərəyan vurması nəticəsində vəfat edən şəxslərin kimliyi məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, faciəli hadisə nəticəsində vəfat edən şəxslər - 20 yaşlı Emil Quliyev, 18 yaşlı Əkbər Zeynalov, 27 yaşlı Cavidan Muradlı və 19 yaşlı Eltac Əliyevdir.
Qeyd edək ki, hadisə Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında baş verib.
*** 14:13
Bu gün paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində faciəli hadisə baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi şosesində yerləşən "Lake Hotel" restoranının yaxınlığında oranın dörd əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib.
"Azərişıq" ASC-dən bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib:
"Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün "Azərişıq" ASC-nin balansında deyil".
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Oxşar xəbərlər
Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ
Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların...