Bakıda restorandan 9 min manatlıq oğurluq edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda restoranda oğurluq hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə fevralın 26-da saat 17:30 radələrində paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs R.Hacıyevə məxsus restorandan 9 min manat dəyərində 5 ədəd televizor, proyektor və digər əşyalar oğurlayıb.
Daha sonra bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzi xidmətinə müraciət daxil olub.
Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsi, Post Patrul Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində restorandan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü R.Zeynalov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Əmisinin 3 gəlini ilə cinsi əlaqəyə girdi, evini yandırdı, maşına bağlayıb... - Qubada DƏHŞƏT
Şantaj xarakterli məlumatlar yaymaq, əmlakı ələ keçirmək və digər cinayətlərdə ittiham olunan Quba rayon sakinləri - Əhəd Salahov və Mayıs Ağaməmmədovun cinayət...