Bakıda restoran yolun kənarını “zəncirləyib” – FOTO
13
sen
2019
14:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonu, Möhsün Sənani küçəsi 106 ünvanında yerləşən "Balcony–Family rooms" adlı restoranın sahibi obyektin önündəki piyada səkisini və parkinqi zəncirləyib.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, qanunsuz olaraq hərəkətin məhdudlaşdırıldığı bu ərazi 1 saylı ASAN Xidmətin arxasındakı küçədir.
ASAN xidmətə gələn və restoranın yerləşdiyi binanın sakinləri avtomobilləri bu zəncirlənmiş ərazinin önündə saxlamağa məcbur olur.Çünki hətta gecələr də ərazi boş olsa belə qarovulçular zənciri açmır, müdirin belə tapşırıq verdiyini bildirirlər.
Oxşar xəbərlər
Bakıda ŞOK: Ana uşağının ayaqlarını zəncirləyib evdə tək qoydu - FOTOFAKT
Bakının Nasimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat var.BAKU.WS anews...