Ərəb turist Bakının mərkəzində restoran sahibini döydü

Ərəb turist Bakının mərkəzində restoran sahibini döydü
Hadisə 3639

Bakıda xarici ölkə vətəndaşları arasında dava-dalaş olub.

BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, İçərişəhərdə - H.Z.Tağıyev küçəsində yerləşən və Pakistan vətəndaşı olan 1971-ci il təvəllüdlü Malik Azhar Abbasa məxsus "Tac Mahal” restoranında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxs hesabla bağlı narazılığını bildirib.

Hesabın şişirdildiyini deyən turist xidmətçilərlə mübahisə edib və məsələni aydınlaşdırmaq üçün obyektin sahibi olan pakistanlı iş adamı masaya yaxınlaşıb. Bu zaman tərəflər arasındakı münaqişə daha da şiddətlənib və ərəb turist pakistanlı iş adamına hücum edərək ona zərbələr endirib.

Restoranın sahibi üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib. Onun xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda çimərlikdə qadını döydülər

Bakıda çimərlikdə qadını döydülər

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdən birində xuliqanlıq hadisəsi baş verib. BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə,...

2444 Hadisə 15:17 21 iyul 2017

Son xəbərlər