Bakıda quldurluq etməkdə şübhəli bilinən şəxs Tərtərdə saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxs Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaşadığı evə doğru gedən qadına bir nəfər yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. O, bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.
Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Vəzifəli şəxs qəfil öldü
Zərdab Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Vətalət Mehdiyeva vəfat edib. BAKU.WS xəbər verir ki, V.Mehdiyeva qəfil dünyasını dəyişib.