Bakıda qoçu xanım sürücü peyda oldu - Yolu kəsib maşına zərbələr endirdi - VİDEO - YENİLƏNİB

Bakıda “qoçuluq” edən qadın sürücü barəsində araşdırma başladılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsindən BAKU.WS-ə bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntülərdən məlumatlıdırlar:
“Məsələ tərəfimizdən araşdırılır. Araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
***15:01
Bakıda peyda olan qoçu xanım, sürücüyə həyəcanlı anlar yaşadıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Bakı-Sumqayıt yolunda (Masazır dairəsində) baş verən hadisə zamanı 77-AF-960 qeydiyyat nişanlı “Mazda” markalı avtomobilin sürücüsü öncə manevr qaydasını pozub. Daha sonra o, görüntünü qeydə alan sürücüyə maneə yaradıb. Sürücü təhlükə yarandığını görən zaman ona səs siqnalı ilə xəbərdarlıq edib.
Bundan qəzəblənən xanım sürücü görüntünü qeydə alan avtomobilin arxasınca gedərək onun qarşısını kəsib, daha sonra avtomobilin banına zərbələr vurub. Sürücü buna əhəmiyyət verməyib yoluna davam etsə də, xanım sürücü bu hərəkəti davamlı şəkildə törətməyə başlayıb.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
