Bakıda qızını boğub öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qızını boğub öldürən şəxsin məhkəməsi başlayır
Hadisə 110

Bakıda qızını öldürməkdə təqsirləndirilən Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 30-u saat 12 radələrində paytaxtın Xətai rayonunda baş verib. Bağırov Ələkbər Qasım oğlu aralarında yaranmış münaqişə zamanı qızı İradə Paşayevanı boğaraq öldürüb. O, Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək törətdiyi əməli etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər