Bakıda qısqanc kişidən dəhşətli əməl – Başına bıçaq soxdu
15
may
2019
09:37
Bakıda qısqanclıq zəminində bıçaqlanma baş verib.BAKU.WS xəbər verir ki, hadisə mayın 13-də saat 15:45-də qeydı alınıb.Belə ki, Masallı rayon sakini 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub.Nəticədə Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb.Cinayəti törədən Teymur Ağayev qaçıb gizlənib. Teymur Ağayevin tutulması istiqamətində əməliyyata başlanıb.Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxsi tutdular
Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Cavid Əhmədov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.BAKU.WS "ölkə.a...