Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı

Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxıldı
Hadisə 12022
Ərini öldürməkdə təqsirləndirilən Gülər Mirzəyevanın barəsində olan məhkəmə hökmündən prokuror tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayətinə baxılıb.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya baxışı zamanı ərini öldürən qadının ali təhsilli olması məlum olub.Belə ki, G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsini bitirib və birgə nikah dövründə cütlüyün 2 övladı dünyaya gəlib. Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib. Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə G.Mirzəyeva ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunub.O, 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. G.Mirzəyeva həmin müddəti istintaq təcridxanasında başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.BAKU.WS

Son xəbərlər