1,7 milyard manat çirkli pulu "yuyan" şəxslər həbsdə qaldı - BAKIDA
24
noy
2017
12:35
Bakıda 1,7 milyard manatı leqallaşdıran şəxslərin istəyi reallaşmadı.Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanov birinci istansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti məhkəmə başa çatıb.Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Hakimlər kollegiyasının qərarına əsasən, onların şikayəti təmin edilməyib.Qeyd edək ki, təqsirləndirilən M.Əliyevlə V.Osmanov Bakıda pul köçürmələri ilə məşğul olaraq cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"da xidməti otaqları da olub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 10 il, V.Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.BAKU.WS
Oxşar xəbərlər
Akif Çovdarovun bütün əmlakı müsadirə olunacaq
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif...