Bakıda qəza zamanı üzərinə yol nişanı aşan 10 yaşlı Sərxan PALATAYA KÖÇÜRÜLDÜ
Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın komadan ayıldığı və heç kimi tanımadığı iddia olunub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Sərxan ayılsa da, heç kimi tanımır və bədəninin bəzi hissələrini hərəkət etdirə bilmir.
Sərxanın müalicə olunduğu Mərkəzi Klinikadan Oxu.Az-ın sorğusuna cavab olaraq isə xəstənin palataya köçürüldüyü bildirilib.
"Xəstəmiz yeddi gündür ayıq vəziyyətdə müşahidə olunur. Şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya prosesi başlanıb. Xəstənin reanimasiya (intensiv terapiya) ehtiyacı qalmayıb, bu səbəbdən reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb.
Palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir. Xəstənin fasilələrlə yeridilməsinə başlanılıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə xəstəmizin tam qüsursuz, sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, hadisə dekabrın 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.
Oxşar xəbərlər
Yol polisi bununla bağlı sürücülərə müraciət etdi
Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə BAKU.WS-ə idarədən məlumat verilib. Bildirilib ki,...