Bakıda qəza: "Porsche" və "Volkswagen" toqquşdu
Bakıda iki avtomobil toqquşub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
İlkin məlumatlara görə, "Porsche" və "Volkswagen" markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.
Toqquşma zamanı avtomobillərdən biri ərazidəki qaz borusuna çırpılıb və yanğın baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzaya səbəb olan amillərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq...