Bakıda qəza olub, 11 nəfər yaralanıb
16
sen
2019
15:07
Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) avtoqəza baş verib.Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.
Oxşar xəbərlər
Hacı Nuranın sirri üzə çıxdı: O, getdiyi məkanlarda...
Rəngarəng geyimləri ilə hər zaman gündəmdə olan aparıcı Hacı Nuran Hüseynovun daha bir özəlliyi ortaya çıxıb.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, aparıc...