Bakıda qeyri-qanuni tikintinin qarşısı alınıb - VİDEO/FOTO

Bakıda qeyri-qanuni tikintinin qarşısı alınıb - VİDEO/FOTO
Foto Video
Hadisə 103

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qeyri-qanuni tikintinin qarşısını alıb.

Bu barədə BAKU.WS-ə nazirliyin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən paytaxtın Nərimanov rayonunda Qarabağ, Ə.Vahid, Ə.Əlizadə və T.Şıxəliyev küçələrinin kəsişməsində müvafiq sənədlər olmadan qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzif...

190 Video 11:08 26 oktyabr 2021

Son xəbərlər