Bakıda QƏRİBƏ OLAY: Rəfiqəsi ilə nahar edəndən sonra qızıllarını oğurladı
Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək 5 000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib.
Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən "102" Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib.
Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 24 kq narkotik dövriyyədən çıxarılıb
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xi...