Bakıda qatar avtomobillə toqquşub, xəsarət alan var
16
yan
2023
08:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.
1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.
Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.
Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...