Bakıda qardaş bacısı ilə birləşib quldurluq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda evə basqın edilib, saxlanılanlar var.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri 18 kiloqramdan çox qızıl-zinət əşyaları müsadirə edib - FOTO/VİDEO
Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsi cəhdinin qarşı...