Bakıda qadının ölümü ilə bağlı çörək zavodunun işçisi cinayət məsuliyyətinə cəlb edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qadının ölümü ilə bağlı çörək zavodunun işçisi cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə BAKU.WS-ə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, cari il yanvarın 7-də paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda istintaq aparılmışdır.
İstintaqla həmin zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri görərkən əmək nizam-intizamı qaydaların tələblərini pozaraq xəmir qarışdıran qurğunu ehtiyatsızlıqdan işə salması səbəbindən həmin qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilmişdir.
Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilmişdir.
Oxşar xəbərlər
Çörək zavodundakı dəhşətin YENİ TƏFƏRRÜATI: İşə yeni başlamışdı, rəfiqəsi ölümünə səbəb oldu
Bir neçə gün əvvəl ölkə ictimaiyyəti çörək zavodunda fəhlə işləyən qadının faciəli şəkildə ölüm xəbərinə sarsıldı. Dəhşətli hadisə yanvarın 7-si saat 16 radələr...