Bakıda qadına hücum edən şəxsə hökm oxundu

Bakıda qadına hücum edən şəxsə hökm oxundu
Hadisə 51

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sadiq Bəşirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 26 yanvar 2024-cü il tarixdə, saat 16:40 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Sadiq Bəşirov piyada hərəkətdə olan zərərçəkmiş Sonya Səmədovanı (şərti) yaşadığı binanın qarşısına kimi təqib edib. Qadın bloka daxil olub və ikinci mərtəbəyə qalxan zaman təqsirləndirilən şəxs ona hücum edib. O, qadının 1870 manat dəyərindəki xaçşəkilli boyunbağısını ələ keçirib, sonra onu itələyib, pilləkənlərdən yıxıb. Daha sonra Sadiq hadisə yerindən qaçıb.

O, sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək Sonya Səmədovaya ümumilikdə 2805 manat məbləğində maddi ziyan vurub.

Hadisədən sonra Sadiq Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər