Bakıda qadın sürücü “Porsche”ni aşırdı - hadisə yerindən VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə dönən yolda qeydə alınıb.
31 yaşlı Süleymanova Aytən Qabil qızı idarə etdiyi “Porsche” markalı minik avtomobiliylə hərəkətdə olarkən sükana nəzarəti itirib.
Nəticədə nəqliyyat vasitəsi döngədə olan beton səkiyə və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil aşıb. Hadisə nəticəsində A.Süleymanova ağır bədən xəsarətləri alıb.
İlkin məlumata görə qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda lüks avtomobil işıq dirəyinə çırpıldı: Yaralılar var - VİDEO
Gecə saatlarında paytaxtın Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir...