Bakıda qadın iki kişini bıçaqladı

Bakıda qadın 2 kişini bıçaqlayıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.
Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.
A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət alıb. Bildirilir ki, bıçaqlanan şəxslərin ikisi də keçmiş məhkumdur.
Y.Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
22 saylı məktəbdə kişi gözətçi xadiməçiyə yumruq vurub?
Məktəbdə gözətçi ilə qadınlar arasında insidentin yaşandığı iddia olunur. Hadisə Sumqayıtda baş verib. BAKU.WS xəbər verir ki, "Xəzər Xəbər"in vatsapp nömrəsin...
