Bakıda qadın həbsdə olan tanışına narkotik apararkən tutuldu - FOTO

Bakıda qadın həbsdə olan tanışına narkotik apararkən tutuldu - FOTO
Hadisə 909
Bakıda qadın həbsdə olan tanışına narkotik maddə keçirməyə cəhd göstərib.Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə məlumat verilib.Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilən sovqata baxış keçirilib.
Bakıda qadın həbsdə olan tanışına narkotik apararkən tutuldu - FOTO
Baxış zaman sovqatdakı coraba bükülən 4 ədəd sellofanın içərisində gizlədilib 1,764 qram “Metamfetamin”, 7,043 qram “Marixuana və 1,632 qram “Heroin” aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şirniyyatdan narkotik çıxdı - FOTO

Şirniyyatdan narkotik çıxdı - FOTO

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhd...

521 Hadisə 18:19 23 avqust 2019

Son xəbərlər