Bakıda qadın BAHALI TELEFONUNU taksidə unutdu, geri ala bilmir - ŞİKAYƏT
Bakıda qadın iPhone 14 markalı telefonunu "Bolt" taksi xidmətinə aid avtomobildə unudub. O, iddia edir ki, telefonunu götürən şəxs geri qaytarmır.
Bu barədə məlumatı şikayətçi Vinera Mirzəbəyova BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.
Şikayətçinin sözlərinə görə, hadisə sentyabrın 4-də saat 14:56-da baş verib. Vinera Mirzəbəyova Yasamaldan Avtovağzala getmək üçün Bolt-dan taksi sifariş edib. Avtovağzalın yuxarı dayanacağında avtomobildən düşərkən yükünün çox olması səbəbindən telefonunu maşında unudub.
Onun sözlərinə görə, telefonun səsi açıq olub. Qısa müddət sonra sürücüyə zəng edilsə də, telefon əvvəlcə açılmayıb, daha sonra zənglərə "adboy" verilib və söndürülüb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib, 40-cı Polis Bölməsində şikayət ərizəsi yazılıb. Telefonun qutusunda qeyd olunan IMEI 1 və IMEI 2 kodları da təqdim edilib.
"Çox xahiş edirəm, telefonumun tapılmasında köməklik göstərilsin. Ayın sonunda əməliyyata girəcəyəm. Telefonun içində əməliyyatımın planlaması ilə bağlı vacib videolar var", - deyə V.Mirzəbəyova bildirib.
Qalereya
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI
Tərtər rayonunda güllələnmə hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın ra...